Son yeniləmə: 3 İyul 2024 08:54
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada pandemiya dövründə səhiyyə naziri vəzifəsini icra edən Venko Filipçe Sosial Demokratlar Birliyi Partiyasının (SDSM) yeni sədri olub.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “partiyadaxili seçkilərdə Venko Filipçe 9 min 52, digər əsas namizədlərdən biri Filip Despotovski 2 min 705 səs toplayıb. Bundan başqa, Aleksandr Baidevski 905, Slavjanka Petrovska isə 190 səs toplayıb”.
Məlumata görə, beyin cərrahı Venko Filipçe 2017-ci ildə Zaev hökumətində səhiyyə naziri kimi fəal siyasətlə məşğul olub: “Partiya sədri seçilən Venko Filipçe qarşıdakı dövrdə partiyasının yenidən qurulacağını açıqlayıb”.