Son yeniləmə: 3 İyul 2024 11:02
BAYRAQDAR MEDİA – Qazaxıstanda İnvestisiya Fəaliyyəti üzrə Milli Mərkəz yaradılacaq.
Bu barədə ulysmedia.kz xəbər verib.
Bildirilib ki, “hökumət Qazaxıstanda İnvestisiya Fəaliyyəti üzrə Milli Mərkəzin yaradılması haqqında fərman dərc edib. Yeni qurum dövlət aparatının sənaye və infrastrukturun inkişafı şöbəsinin strukturu əsasında fəaliyyət göstərəcək”.
Məlumata görə, yeni mərkəzə Qazaxıstan baş nazirinin birinci müavini rəhbərlik edəcək: “Bu vəzifəni hazırda Roman Sklyar tutur. Milli Mərkəzin vəzifələrinə investisiyaların cəlb edilməsi üzrə şura katibliyinin fəaliyyətinin təşkili və rəqabətli investisiya mühitinin yaradılması üçün tənzimləmə siyasətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması daxildir. Bundan əlavə, mərkəz dövlət orqanlarının və kvazi-dövlət təşkilatlarının işini əlaqələndirəcək və səlahiyyətli məsələlər üzrə informasiya dəstəyi göstərəcək”.