Son yeniləmə: 3 İyul 2024 08:47
BAYRAQDAR MEDİA – Sivrihisar Bələdiyyəsi tərəfindən təşkil edilən Beynəlxalq Nəsrəddin Hoca (Molla Nəsrəddin) Mədəniyyət və İncəsənət Festivalı 5-7 iyul tarixləri arasında olacaq.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Sivrihisar Bələdiyyəsinin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, UNESCO, Eskişehir Valiliyi və Eskişehir Böyükşəhər Bələdiyyəsinin töhfələri ilə bu il 8-ci dəfə təşkil edəcəyi Sivrihisar Beynəlxalq Nəsrəddin Hoca Mədəniyyət və İncəsənət Festivalı üçün geri sayım başlayıb. 5-7 iyul tarixləri arasında keçiriləcək festival çərçivəsində bir çox tədbirlər keçiriləcək”.
Məlumata görə, festival proqramı çərçivəsində Sivrihisarda Haluk Levent, Oğuzhan Koç və Tuğçe Kandemir səhnəyə çıxacaq. Festival zamanı Surp Yerrortutyun kilsəsində İncəsənət Simpoziumu keçiriləcək. Tədbirə yerli və xaricdən olan 40 rəssam qatılacaq.