Son yeniləmə: 3 İyul 2024 11:02
BAYRAQDAR MEDİA – İyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi iştirak edəcək”.
Məlumata görə, tədbir çərçivəsində, həmçinin ulduzlaşma prosesində cari vəziyyət və nəticələr, “Hotel Dayanıqlılıq Əsasları” proqramı barədə təqdimatlar təşkil olunacaq.