Son yeniləmə: 3 İyul 2024 15:38
BAYRAQADR MEDİA – Bolqarıstanda siyasi gərginlik davam edir. Bu arada PP-DB GERB-DPS-in quracağı kabineti dəstəkləməyəcəyini bir daha bəyan edib.
Radio Bolqarıstan xəbər verir ki, bu barədə PP-DB-nin həmsədri Kiril Petkov Facebook-dakı paylaşımında qeyd edib: “Koalisiya Peevskinin xəyal etdiyi GERB-DPS hökumətini dəstəkləməyəcək, Çünki Bolqarıstanın ehtiyac duyduğu növbəti islahatlar onlarla mümkün deyil”.
“Vazrajdane” partiyası da GERB-SDS ilə hökumətə qoşulmayacağını bir daha bəyan edib.
Öz növbəsində BSP-nin Parlament Qrupu sədrinin müavini İvan İvanov bildirib ki, Nazirlər Şurasının təklif olunan strukturu GERB-nin texnokratlar kabineti tələbi ilə üst-üstə düşmədiyi üçün BSP Nazirlər Kabinetinə səs verməyəcək.
Hüquq və Azadlıqlar Hərəkatı DPS və “İma Takav Narod” – ITN susmağa üstünlük versə də, “Veliçie”dən İvelin Mixaylov X sosial şəbəkəsindən istifadə edərək hökuməti dəstəkləməyə çağırıb.