Press "Enter" to skip to content

İranda məhbus edamları davam edir

İranda edam qurğusu

BAYRAQDAR MEDİA – İranda İnsan Haqları Təşkilatı (HRANA) xəbər verib ki, iyulun 2-də Təbrizin mərkəzi zindanında və Şirazın Adelabad həbsxanasında üç məhbus dar ağacından asılıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

“Məlumata görə, Şirazda edam edilən iki məhbus Əfqanıstan vətəndaşıdır. Bildirilib ki, əfqanıstanlı qardaşlar “narkotik maddələrin qanunsuz dövriyyəsi”ndə ittiham ediliblər. Təbrizdə edam olunan və kimliyi açıqlanmayan məhbus isə “qəsdən adam öldürmək”də günahlandırılıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.