Son yeniləmə: 3 İyul 2024 08:36
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Böyük Britaniya səfərini başa vurub.
Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar ölkəyə qayıtdıqdan sonra parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə Cümhurbaşqanlığında görüşüb.
Görüşdə Ulusal Birlik Partiyası genel başqanı və baş nazir Ünal Üstel, Cumhuriyetçi Türk Partiyasınnın genel başqanı Tufan Erhürman, Demokrat Partiyanın genel başqanı, baş nazirin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu, Yeniden Doğuş Partiyasının genel başqanı, ve ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı, həmçinin xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edib.
Məlumata görə, Kıbrıs məsələsi ilə bağlı proseslərin müzakirə edildiyi görüş təxminən 1 saat davam edib: “Görüşdə Cümhurbaşqanı Ersin Tatar ilə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin şəxsi nümayəndəsi Antonio Quterreşin Londonda keçirilən görüşü barədə ətraflı məlumat verilib”.