Press "Enter" to skip to content

3 terrorçu həbs edilib

Mətbuat konfransından maraqlı an

Son yeniləmə: 3 İyul 2024 08:41

BAYRAQDAR MEDİA – İraq Daxili İşlər Nazirliyi mətbuata açıqlamasında 3 PKK üzvünün həbs edildiyini açıqlayıb.

Bu barədə Türkməneli TV məlumat yayıb.

Bildirilib ki, “Daxili İşlər Nazirliyinin mətbuat katibi, briqada generalı Miktad Mirani və KRG Daxili İşlər Nazirliyinin Baş direktoru Dr. Hemin Mirani birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında verilən açıqlamada terror təşkilatı üzvü olan 3 PKK-çının həbs edildiyi qeyd olunub. Bildirilib ki, bu terrorçular Kərkükdəki İsmayıl Dərviş Ticarət Mərkəzini, Kərkük ikinci əl bazarını və Ərbildəki ikinci əl bazarını yandırdıqlarını etiraf ediblər. Onların həmçinin Duhok və Bağdaddakı bəzi yanğınlarda da iştirak etdikləri ortaya çıxıb”.

Açıqlamada terrorçulardan ikisinin Kərkükdə, digərinin isə Diyaledə həbs edildiyi də bildirilib.

Mission News Theme by Compete Themes.