Press "Enter" to skip to content

Teatr beynəlxalq festivalda uğurla iştirak edib

Tamaşa

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı (ADMGTT) 24-30 iyun 2024-cü ildə Moldovanın Kişinyov şəhərində keçirilən “MildFest” Beynəlxalq Teatr Festivalında Nikolay Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADMGTT-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “31 illik səhnə fəaliyyətini uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda uğurla çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) dəstəyi ilə 28 iyun saat 16:00-da Xarmelin adına Dövlət Gənclər Teatrında nümayiş olunan tamaşadan sonra Poprışşin rolunda çıxış edən Əməkdar artist Şövqi Hüseynov festivalın diplomu ilə təltif olunub. Daha sonra tamaşanı izləyən yerli teatrşünaslar, müxtəlif ölkələrin ekspertləri səhnə əsəri ətrafında müzakirələr apararaq yüksək fikirlər söyləyiblər”.

Daha sonra xəbərdə, “kimsə tərəfindən saya alınmayan müfəttiş Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bu dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir. Çünki onun səsini yaşadığı bu dünyanın adamları da eşitmirlər” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.