Press "Enter" to skip to content

Qardaş ölkədən İrana sərt xəbərdarlıq

Tehran

BAYRAQDAR MEDİA – Qardaş Türkiyə İrandan PKK terror təşkilatına silah tədarükünü dayandırmağı və silahlı qruplaşmalara qarşı Ankaranın hərbi əməliyyatına müdaxilədən çəkinməyi tələb edib.

Xəbəri “ArazNews” Türkiyənin “Yeni Şafak” qəzetinə istinadla yazıb.

Bildirilir ki, “Türkiyənin təhlükəsizlik mənbələri İran rəsmilərini məlumatlandırıb ki, PKK-ya pilotsuz təyyarələr və raketlər kimi qabaqcıl silahlar verməyə davam edərsə, Türkiyə bu silah partiyalarını hədəfə alacaq”.

O da qeyd edilir ki, “iki ölkə rəsmiləri arasında keçirilən görüşdə İran rəsmiləri PKK-ya silah verməyi təkzib edib, ancaq Türkiyə rəsmiləri havadan görüntülər də daxil olmaqla faktlar təqdim edərək bildirib ki, bu hal davam edəcəyi halda silah daşımalarını hədəfə alacaq”.

Mission News Theme by Compete Themes.