Press "Enter" to skip to content

Nazir Gədəbəydə vətəndaşları qəbul edəcək

Mədəniyyət Nazirliyi

BAYRAQDAR MEDİA – Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə qeyd edilir ki, “vətəndaşlar iyulun 8-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər”.

Mission News Theme by Compete Themes.