Press "Enter" to skip to content

“Nar” komandası “Breyn Rinq” yarışının qalibi olub

Qalib üçün kubok

Son yeniləmə: 2 İyul 2024 10:19

BAYRAQDRA MEDİA – “Nar” komandası 5 ay davam edən gərgin mübarizə nəticəsində “Breyn Rinq” yarışmasının 23-cü mövsümündə qalib gəlib.

BAYRAQDAR MEDİA-ya bu barədə verilən məlumatda bildirilib ki, “ümumilikdə “Breyn Rinq” intellektual yarışmasının bu mövsümündə 20 komanda iştirak edib.“Nar” finalda“Gəncə” komandasını 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Nar” komandası 4 qat Azərbaycan çempionu və mobil operatorun təsis etdiyi “Nar” kubokunun 6 qat qalibidir”.

Məlumata əsasən, “Nar” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində intellektual oyunları dəstəkləyir: “Mobil operator 10 ildən artıqdır ki, “Breyn Rinq” intellektual yarışmasının əsas tərəfdaşıdır. Bu tərəfdaşlığın məqsədi ölkədə təhsil təşəbbüslərini təşviq etməkdir.”Nar”ın gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.