Press "Enter" to skip to content

İrandan 4 milyard dollarlıq təzminat tələb edilir

Tehran

BAYRAQDAR MEDİA – 7 oktyabr 2023-cü ildə terrorçu HƏMAS təşkilatının İsrailə hücumunda həlak olan israillilərin ailə üzvləri və hadisədən zərər çəkmiş 100 nəfər İran, Quzey Koreya və Suriyanı məhkəməyə verib.

Xəbəri İftiraya Qarşı Birlik təşkilatına istinadla GünAz.TV yayıb.

Bildirilir ki, iddiaçılar “ABŞ məhkəməsinə şikayət edərək İran, Suriya və Quzey Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyini deyib, həmin ölkələrə qarşı 4 milyard dollarlıq təzminat davası açıblar”.

Şikayət iyulun 1-də İftiraya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib.

Xatırladılır ki, HƏMAS-ın İsrailə sözügedən hücumu nəticəsində 1 min 200 nəfər öldürülüb, 250 nəfər isə girov götürülüb. Öldürülənlərin əksəriyyəti mülki şəxslərdir.

Mission News Theme by Compete Themes.