Son yeniləmə: 2 İyul 2024 11:28
BAYRAQDRAR MEDİA – Bolqarıstan Prezidenti Rumen Radev ilk hökuməti qurmaq səlahiyyətini parlamentdəki ən böyük siyasi qrup olan GERB-SDS-in baş nazirliyə namizədi seçilən Rosen Jelyazkova həvalə edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “R.Jelyazkov baş nazirin müavini və 19 nazirdən ibarət olacaq kabinet strukturunu açıqlayıb və adları sadalayıb”.
Məlumata görə, 240 yerlik 50-ci Xalq Məclisində cəmi 68 yerə sahib olan GERB-SDS koalisiyasının təqdim etdiyi kabinet layihəsinə dəstək tapmaq üçün 7 gün vaxtı var.