Press "Enter" to skip to content

Fahrettin Altun: Təxribatçılar öz məqsədinə çatmayacaq

Fahrettin Altun

BAYRAQDAR MEDİA – Son günlər qardaş Türkiyədə baş verən olaylar ciddi etiraza səbəb olub. Öz növbəsində Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altun bu hadislərin arxasında təxribatçı addımların dayandıını bildirib.

F.Altun bununla bağlı X sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda deyilir: “Bir müddətdir suriyalı qaçqınlarla bağlı ictimai rəydə yaradılmağa çalışılan mənfi atmosfer və gərginliyin artmasına səbəb olan təxribatlar diqqətlə izlənilir. Türk əleyhdarı olan ünsürlərin başçılıq etdiyi bəzi dairələrin ictimai asayişi pozmağa yönəlmiş təxribat xarakterli fəaliyyətləri ilə ölkəmizin əmin-amanlığını pozmaq cəhdləri dövlətimizin bütün qurumlarının fədakar səyləri sayəsində öz məqsədinə çatmayacaq”.

Paylaşımda o da qeyd edilib ki, “bu çərçivədə bir çox sosial media platformalarında irəli sürülən əsassız iddialara, manipulyasiya edilmiş məlumatlarla qəsdən yalan xəbərlərə və bütün dezinformasiya fəaliyyətlərinə qarşı dövlətimizin müvafiq qurumları Rabitə İdarəsinin koordinasiyası ilə 24 saat işləməyə davam edir. Bu səyləri dəstəkləmək üçün vətəndaşlarımızdan hər zaman olduğu kimi, yalan xəbərlərə əhəmiyyət verməmələrini, məzmunun yayılmasında dezinformasiyanın miqyasını və ehtimalını nəzərə almalarını, yalnız etibarlı mənbələrə etibar etmələrini xahiş edirik”.

https://x.com/fahrettinaltun/status/1807836577647022399

 

Mission News Theme by Compete Themes.