Prof. Dr. Fuat Erdalın uğurlu fəaliyyəti onun daha bir müddətə rektor postunda qala bilmə ehtimalını artırır
BAYRAQDAR MEDİA – Bu günlər qardaş Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universiteti xüsusilə diqqət mərkəzindədir.
Anadolu Universiteti rektorundan Prezident İlham Əliyevin çıxışına reaksiya
Bunun səbəbi isə mövcud rektor Prof. Dr. Fuat Erdalın səlahiyyət müddətinin bitməsi və yeni rektorun kim olacağı ilə bağlıdır.
Öncə onu deyək ki, yeni rektorun kimliyi Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzalayacağı qərarnamə ilə bəlli olacaq. Həmçinin onu da qeyd edək ki, qərarnamə Prof. Dr. Fuat Erdalın daha bir müddət, yəni növbəti 4 il ərzində rektor postunda qalması istiqamətində də ola bilər.
Prof. Dr. Fuat Erdal: 13 ildir Azərbaycanda uzaqdan təhsil xidmətlərimiz davam edir – ÖZƏL
Çünki həm mövcud qanunlar buna imkan verir, həm də ötən 4 il ərzində Prof. Dr. Fuat Erdalın uğurlu fəaliyyəti onun daha bir müddətə rektor postunda qala bilmə ehtimalını artırır.
Məlumat üçün deyək ki, Azərbaycan ictimaiyyətinə də yaxından tanış olan, həmçinin ölkəmizə sevgisi ilə tanınan Prof. Dr. Fuat Erdalın səmərəli idarəçiliyi nəticəsində Anadolu Universiteti ötən dörd il ərzində üstün performansı ilə hər kəsi heyran edib.
Eskişehirdə Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Məhz reallaşdırılan layihələr, imzalanan əməkdaşlıq müqavilələri nəticəsində Anadolu Universiteti qlobal təhsil mərkəzinə çevrilib. Bununla da Anadolu Universitetində təhsil alan hər bir tələbə qlobal bir şəxsiyyət kimi yetişmək imkanı qazanıb.
Əksər ekspertlərin qeyd etdikləri kimi məhz Prof. Dr. Erdalın rəhbərliyi ilə Anadolu Universiteti qızıl dövrünü yaşadı. İndi isə həmin dövrün davam etməsi üçün onun daha bir müddətə rektor təyin edilməsi ictimaiyyət tərəfindən müsbət qarşılanardı.