Press "Enter" to skip to content

Bolqarıstanla əməkdaşlığın inkişafı müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 2 İyul 2024 10:27

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən tədbir və müzakirələr Bolqarıstanla əlaqələrin möhkəmləndirilməsinə münbit zəmin yaradıb: “Bolqarıstanla iqtisadi-ticarət əlagələri güclənir. 2024-cü ilin yanvar-may aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 78%-dən çox artaraq 240 mln. dollardan çox olub. Sərmayə tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var. Ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətləri fəaliyyət göstərir”.

Bildirilib ki, Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın Bolqarıstanla da energetika əməkdaşlığının gücləndirilməsi üçün imkanlar genişdir. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, enerji,ticarət və sənaye sahələrində sıx işbirliyi qurulması imkanlarını nəzərdən keçiriblər”.

Mission News Theme by Compete Themes.