Son yeniləmə: 1 İyul 2024 09:27
BAYRAQDAR MEDİA – Özbəkistan Prezidenti Şevket Mirziyoyev Türkiyənin Cengiz Holdinq İdarə Heyətinin sədri Mehmet Cengiz və Kalyon Holdinq İdarə Heyətinin sədri Cemal Kalyoncunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Prezident və türk şirkətlərinin rəhbərləri qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Özbəkistanın iqtisadi sahələrinin inkişafı və modernləşdirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər yol infrastrukturunun modernləşdirilməsi və tikintisi, yaşıl enerji potensialının yaradılması, birgə geoloji tədqiqatların aparılması və perspektivli mədənlərin işlənməsi üzrə perspektiv layihələrin həyata keçirilməsi planlarını müzakirə ediblər”.
Məlumata görə, Cengiz Holdinq daha əvvəl Özbəkistanda iki layihə tamamlayıb: “Şirkətin iştirak etdiyi layihələr çərçivəsində Daşkənd və Sirdərya rayonlarında ümumi gücü 460 meqavat olan müasir elektrik stansiyaları istifadəyə verilib. Digər tərəfdən, Cizzak bölgəsində gücü 500 meqavatdan çox olan elektrik stansiyasının tikintisi davam edir”.