BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Türkiyənin Üsküdar Universitetinin rektoru Prof. Nazife Güngör, Yeni media kafedrasının müdiri Dos. Gül Esra Atalay, doktorant, “European Culture Center” təşkilatının direktoru Könül Vəlibəyli Azərbaycan Mətbuat Şurasında olub.
Xəbəri iyulun 1-də MŞ yayıb.
Bildirilir ki, MŞ sədri Rəşad Məcid qonaqları salamlayaraq hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin jurnalistlərin, media qurumlarının qarşılıqlı iş birliyinin güclənməsinə təsir göstərməsindən danışıb.
“Bakıda olmağından məmnunluğunu ifadə edən Prof. Nazife Güngör rektoru olduğu Üsküdar Univeristetinin məqsəd və hədəflərindən bəhs edib. O, həmçinin qarşılıqlı əməkdaşlıq baxımından diqqətçəkən bir sıra məqamlara toxunub”, – deyə xəbərdə bildirilir.
Qeyd edilir ki, “qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Şuranın İdarə Heyətinin üzvləri – “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, bayraqdar.info xəbər saytının rəhbəri Azər Həsrət, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, azxeber.com xəbər saytının baş redaktoru Hacıbəy Heydərli, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, həmçinin moderator.az saytının baş redaktoru Xəyalə Rəis və MŞ Nəzarət-Təftiş Komissiyasının üzvü Nadir Azəri iştirak edib”.