BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “qeyd edək ki, bu il ilk dəfə olaraq nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu my.culture.az vahid şəxsi kabineti vasitəsi ilə aparılıb və şagirdlərin bir məkanda mərkəzləşdirilmiş şəkildə imtahan vermələri üçün bütün lazımi şərait yaradılıb. Bu ilk növbədə vətəndaş məmnuniyyətini və obyektiv qiymətləndirməni təmin etmək üçün həyata keçirilir. Ümumilikdə 16 min 280 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 15 min nəfərə yaxın şəxs imtahanlarda iştirak edib”.
Xatırladaq ki, imtahanın nəticəsi barədə yaxın müddət ərzində şəxsi kabinet və ya elektron poçt vasitəsi ilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.