Son yeniləmə: 1 İyul 2024 09:42
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Böyük Britaniyada səfərdədir. Səfərdə məqsəd Kıbrıs Türk Dərnəkləri Şurasının təşkilatçılığı ilə keçiriləcək 7-ci Kıbrıs Türk Mədəniyyəti Festivalında iştirak etmək və bir sıra görüşlər keçirməkdir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Ersin Tatar iyulun 1-də Londonda BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar ilə görüşəcək: “E.Tatar həmin gün Londonda Kıbrıs Türk Dərnəkləri Şurasının təşkilatçılığı ilə keçiriləcək 7-ci Kıbrıs Türk Mədəniyyəti Festivalında açılış nitqi ilə çıxış edəcək”.
Məlumata görə, Londonda keçiriləcək dəyirmi masa toplantısına da qatılacaq E.Tatar bır sıra görüşlər də keçirəcək.