Press "Enter" to skip to content

15 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 1 İyul 2024 11:57

BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-iyun ayları ərzində 15 min 222 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 1-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, “müraciətlərin 5 min 937-si ünvanlı dövlət sosial yardımı, 3 min 426-sı pensiya təyinatı, 3 min 887-si sosial müavinət və təqaüd, 215-i sosial sığorta və fərdi uçot, 1 757-si isə digər istiqamətlər üzrə olub”.

Mission News Theme by Compete Themes.