BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı milli fəal, tanınmış idmançı Kərim İsmayilzadəyə dəstək elan və posterləri yayılıb.
Bu haqda xəbəri GünAz.TV yayıb.
Bildirilib ki, “posterlərdə K.İsmayılzadənin xəstəxanada qandallı fotosunun üzərində “Azadlıq, Ədalət, Milli hökumət”, “Azərbaycanın milli və mədəni qəhrəmanı azad edilsin!” şüarları yazılıb”.
Məlumata görə, aprelin 17-də Kərim İsmayılzadə 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.
O, “insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılıb.
Qeyd edək ki, fəal iyunun 25-də mədə qanaxması diaqnozu ilə polis nəzarətində xəstəxanaya aparılıb.