Son yeniləmə: 28 İyun 2024 13:49
BAYRAQDAR MEDİA – 2024-cü ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 min nəfərdən çox olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 28-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “onların 451 min nəfərdən çoxunu aylıq sosial müavinət, 396 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib”.