BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə qardaş Özbəkistanın Ürgənc Dövlət Universiteti (ÜDU) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “sənədi MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, qarşı tərəfdən isə ÜDU-nun rektoru Bəhram Abdullayev imzalayıblar. Memorandum çərçivəsində birgə innovativ və tətbiqi layihələrin həyata keçirilməsi, elm, mədəniyyət sahəsində qarşılıqlı informasiya dəstəyinin yaradılması, təcrübə proqramının təşkili, bundan əlavə, yeni texnologiyaların kitabxana sahəsinə inteqrasiya imkanlarının araşdırılması nəzərdə tutulub”.
Qeyd edək ki, cari ayın 21-də ÜDU-nun direktoru Həsən Siddikov MEK-də olarkən, iki qardaş ölkənin elmi kitabxanaları və qurumları arasındakı mədəni əlaqələrin inkişafı sahəsində tərəfdaşlıq əlaqələri müzakirə edilmiş, müqavilə imzalanması üçün razılığa gəlinmişdir.