BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlərdən biri də tarix üzrə elmlər doktoru Nazim Məmmədovun “Qarabağ tarixi (1920-1990)” elmi-metodik vəsaitidir.
Nəşr 2020-ci ildə AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
Kitab XX yüzillikdə Qarabağda gedən sosial-siyasi prosesləri yeni konsepsiya əsasında, kompleks şəkildə öyrənən ilk tədqiqat əsəridir. Nəşrdə mötəbər tarixi qaynaqlara əsaslanaraq, Azərbaycan tarixinin bütün dövrlərində Qarabağın Azərbaycanın tərkibində onun ayrılmaz bir hissəsi olduğu sübuta yetirilir. Bəhs olunan xronoloji çərçivədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və onun törətdiyi ağır nəticələr tədqiq olunub.
Bildirək ki, vəsaitin baş məsləhətçisi və elmi redaktoru akademik, Əməkdar elm xadimi, Prof. Yaqub Mahmudovdur.