Son yeniləmə: 28 İyun 2024 12:55
BAYRAQDAR MEDİA – Güney Azərbaycan milli hərəkatının fəalı, jurnalist İbrahim Rəşidi ona qarşı irəli sürülən ittihamlarla bağlı özünün müdafiəsinin rejimin Xiyavdakı (Meşkinşəhr) Prokurorluğu tərəfindən rədd edildiyini açıqlayıb.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Məlumata görə, İ.Rəşidi 2023-ci il dekabrın 30-da Güney Azərbaycanın Meşkinşəhr bölgəsinin Mirkəndi kəndində evində yaxalanaraq istintaq idarəsinə aparılmışdı.
Ona qarşı “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” ittihamı irəli sürülüb.