Press "Enter" to skip to content

Deputat sayı dəyişir

TBMM

Son yeniləmə: 28 İyun 2024 13:49

BAYRAQDAR MEDİA – Türkiydə Yüksek Seçim Kurumu (YSK) yeni açıqlama yayıb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, Resmi Gazetedə dərc olunan YSK qərarında xatırladılıb ki, seçki dairələri və hər bir seçki dairəsi tərəfindən seçiləcək millət vəkillərinin sayı 2839 saylı Parlament Seçki Qanununun 4-cü və 5-ci maddələrinə əsasən ümumi siyahıyaalma nəticələri elan edildikdən sonra ən geci 6 ay ərzində açıqlanacaq.

Məlumata əsasən, Türkiyə Statistika Təşkilatı tərəfindən 31 dekabr 2023-cü il tarixinə olan son əhali məlumatının açıqlandığı ifadə edilən qərarda 600 millət vəkilinin vilayət və seçki dairələrinə görə bölgüsü də yer alıb: “Buna uyğun olaraq Ankaranın 36, İstanbulun 96, İzmirin isə 28 deputatı olacaq. Əvvəlki dövrlə müqayisədə İstanbulda millət vəkillərinin sayı 2, Hatay və Kütahyada isə 1 nəfər azalıb. Eyni zamanda Bursa, Eskişehir, Tunceli və Bayburt millət vəkillərinin sayı 1 nəfər artıb.

Mission News Theme by Compete Themes.