Son yeniləmə: 28 İyun 2024 11:06
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi futbol üzrə Türkiyə milli komandasının oynadığı oyunu Sevindik məhəlləsindəki məscid önündə nümayiş etdirib. Lakin məsciddən elektrik enerjisinin verilməsində problem yaranıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin kəsilməsinə səbəb mufti olub: “Bələdiyyə sədri Bülent Nuri Çavuşoğlu “elektrik enerjisi matça az qalmış Denizli İl müftisi tərəfindən kəsilib. Oyunu orada yayımlamaq üçün məsciddən elektrik çəkdik. Dənizli İl müftisi oyuna az qalmış işığımızı kəsdi. “Biz generatorla da yayım edirik” deyib”.
Məlumata görə, bələdiyyə sədri müftinin hərəkətini anlaşılamz adlandırıb: “Müftini tutduğu vəzifənin ağırlığını çəkməyə dəvət edirəm. Xatırladıram ki, müqəddəs ibadət yerləri hamımızın evidir. Onu Allaha həvalə edirəm”.