Press "Enter" to skip to content

Bu ərazilərdən sakinlər təcili təxliyə edildi – VİDEO

FHN köməyə gəlib

BAYRAQDAR MEDİA – İntensiv yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlib.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilib ki, “FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib”.

Məlumata görə, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

Mission News Theme by Compete Themes.