Son yeniləmə: 28 İyun 2024 09:35
BAYRAQDAR MEDİA – Belqrad və Priştina dialoqu çərçivəsində Brüsseldə Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun baş naziri Albin Kurtinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.
İclasa AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel və AB-nin Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da qatılıb.
Yeni Balkan xəbər verir ki, görüşdə yüksək Nümayəndənin rəhbərliyi altında dialoq prosesi zamanı əldə olunanlar qiymətləndirilib.