Press "Enter" to skip to content

Yaddaqalan görüş

Şəhid anası əsgərlərlə birlikdə

Son yeniləmə: 27 İyun 2024 10:22

Silahlı Qüvvələr Günü münasibətilə QHT-lərin Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub

BAYRAQDAR MEDİA – “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində 200 nəfərə yaxın QHT rəhbərinin Silahlı Qüvvələr Günü münasibətilə Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Əsgərlərə bayran sovqatı təqdim edilərkən
Şəhid anası əsgərlərlə birlikdə

Bildirilib ki, “hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib. Sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada gəzintiyə şərait yaradılıb. Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, sərhəd qoşunlarının mənsubu, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak ediblər”.

Hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib
Hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib

Məlumatda deylir ki, daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hərbiçilər qarşısında çıxış edib, onları Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar”.

Mərasim zamanı
Mərasim zamanı

Çıxışlardan sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumu əsgərlərə şirniyyatlardan ibarət bayram hədiyyələri təqdim edib.

Tədbir Dövlət Sərhəd Xidmətinin musiqi qrupunun ifasında bayram konserti ilə davam edib.

Mission News Theme by Compete Themes.