Press "Enter" to skip to content

Təbii fəlakətlərin səbəbi açıqlandı

Ənvər Əliyev

Son yeniləmə: 27 İyun 2024 13:12

BAYRAQDAR MEDİA – Yay fəsli Azərbaycanda iyunun 21-i daxil olsa da güclü yağışlar fəlakətə səbəb olmaqda davam edir. Demək olar ki, hər gün daşqınlardan, ildırım vurmasından, güclü küləyin yaratdığı fəsadlardan xəbər verilir. Bəs havanın belə kəskin dəyişməsi qlobal miqyasda hər hansı təhlükənin xəbərçisidirmi?

Məsələ ilə bağlı BAYRAQDAR MEDİA-nın sualını ekoloq Ənvər Əliyev cavablandırıb.

Ə.Əliyev təhlükəli vəziyyətin olmadığını bildirdi: “Çoxillik rəqəmlərə baxsaq yazın axırı, yayın əvvəli Azərbaycan ərazisi üçün yağıntılı dövr hesab olunur. Azərbaycan mülayim qurşaqla subtropik iqlim qurşaqlarının birləşdiyi ərazidə yerləşir. Elə yerdə yerləşirik ki, əraziyə 7-8 yerdən hava kütləsi daxil olur. Atlantik okeanından gələn qasırğa buludları ildırımların yaranmasına səbəbdir. Bilməliyik ki, bundan əvvəl də belə hava mövcud olub. Sadəcə həmin zamanlarda biz bunu normal qarşılamışıq. İndi kütləvi informasiya vasitələrində hadisələr o qədər əlçatan olub ki, dərhal hər yerdən xəbər tuturuq. Biz sadəcə diqqətli olmalıyıq. Güman edirəm ki, bu hava şəraitinin qışı da özünəməxsus olacaq. Bundan əvvəl çoxları quraqlıqdan şikayət edirdi. İndi isə Azərbaycanı sel-su aparır. Bu vəziyyət bir neçə il davam etsə, Xəzərin səviyyəsinə də təsir edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.