Son yeniləmə: 27 İyun 2024 10:57
BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı həbs cəzasına məhkum edilib.
Bu haqda xəbəri GünAz.TV Abbas Lisaniyə istinadla yayıb.
Xəbərdə deyilir ki, “Şəbistər şəhərinin İnqilab Məhkəməsi milli fəal barədə 3 ay 1 gün azadlıqdan məhrumetmə qərarı çıxarıb”.
Bildirilib ki, “bundan əvvəl “hakimiyyətə qarşı təbliğat” və “rəhbəri təhqir etməkdə” günahlandırılan M.N. Nadarlı barədə ikinci ittiham ləğv edilib və birinci ittihama görə cəzalandırılıb”.
Qeyd edilib ki, “Mürtəza Nurməhəmmədi ötən ilin sentyabrında qızına türkcə Hunay adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib. Bundan sonra o saxlanılıb və dindirildikdən sonra Təbriz həbsxanasına köçürülüb. Fəal 2023-cü il noyabrın 28-də girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb”.