BAYRAQDAR MEDİA – İyunun 16-da Güney Azərbaycanlı milli və ətraf mühit fəalı İsmayıl Əhmədi girov qarşılığında 10 gün müddətinə məzuniyyətə buraxılmışdı. Bugünlərdə məhbusun məzuniyyət müddəti bitdiyi üçün o, yenidən zindana göndərilib.
Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.
Bildirilib ki, “fəala qarşı “müqəddəsləri təhqir etmək”, “vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək”, “müxalif qruplarla əlaqə”, “yalan məlumatlar yaymaq” və “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb”.
Məlumata görə, aprelin 19-da İ.Əhmədi 9 aylıq həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına köçürülüb.