Press "Enter" to skip to content

Məsləhətləşmələr başa çatıb

Bolqarıstan parlamenti

Son yeniləmə: 27 İyun 2024 13:06

BAYRAQDAR MEDİA – Bolqrıstanda yeni hökumətin qurulması üçün ilkin məsləhətləşməlrə başa çatıb.

Radio Bolqarıstan xəbər verir ki, prezidentlə məsləhətləşmələrdən sonra çıxış edən “Veliçi”nin lideri, Parlament Qrupunun sədri Nikolay Markov deyib: “Prezidentlə görüşümüzdə aydın proqram idarəçiliyi olan hökumət təklif etdik. Ən kiçik siyasi partiya olaraq bunu yaratmaq iddiamız yoxdur, amma bilmək istəyirik ki, bu hökumət nə edəcək, hansı şərtlərlə, hansı öhdəliklər götürəcək. Hələ ki, heç kim bu suallara cavab verməyib”.

Markov, GERB lideri Boyko Borisov tərəfindən təklif edilən azlıq hökuməti haqqında məlumatının olmadığını vurğulayıb.

Parlament qüvvələri ilə siyasi məsləhətləşmələrin başa çatması ilə prezident Rumen Radevin hökuməti qurmaq üçün ilk səlahiyyəti nə vaxt verəcəyini açıqlayacağı gözlənilir.

Mission News Theme by Compete Themes.