Son yeniləmə: 27 İyun 2024 17:29
BAYRAQDAR MEDİA – İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Xəbəri sözügedən qurum yayıb.
Bildirilir ki, “iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb”.
Sonda qərara alınıb ki, “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə uyğun hesab edilməlidir”.
Beləliklə, “qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”.
Bununla da Milli Məclisin buraxılması və yeni seçkilərin təyin edilməsi üçün yol açılmış oldu.