Bu dəfə də Koray Aydının Demokrat Partiyasına keçəcəyi deyilir
BAYRAQDAR MEDİA – Türkiyədə İyi Partidə sular durulmur. Qurultayda uduzan və Meral Akşenerin Cümhrbaşqanı Recep Tayyip Erdoğanla görüşünə sərt reaksiya verən Koray Aydının iyunun 27-də 14 millət vəkili ilə birlikdə istefa verərək Demokrat Partiyasına keçəcəyi iddia edilib.
Məsələ ilə bağlı eskişehir.net-dən Meltem Karakaşa danışan Demokrat Partiyasının Eskişehir İl sədri Hüseyn Özcan qapılarının hər kəsə açıq olduğunu bildirib: “Deputatlar Demokrat Partiyasına keçə bilərlər. Onunla bağlı problem yoxdur, amma danışılan Koray Aydının sədr olacağıdır. Demokrat Partiyasında kimin lider olacağına nümayəndə qərar verir. Demokrat Partiyası onsuz da başqan axtarmır. Sədrimiz Gültekin Uysaldır”.