Son yeniləmə: 27 İyun 2024 13:04
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada parlament öz səkkizinci iclasında baş nazir Hristijan Mickoski və bir neçə yeni seçilmiş naziri əvəz edəcək yeni deputatların səlahiyyət müddətlərini təsdiq etməlidir.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “VMRO-DPMNE-nin rəhbərlik etdiyi koalisiyadan Draqan Nedeljkovik, Velika Stoykova Serafimovska, Sergey Popov, Emiliya Angelova, Vesna Gjorgjieva və Diana İliyevska, Vlen koalisiyasından isə Feride Haciu və Kaltrina Haciu deputat olurlar”.
Məlumata görə, onlar baş nazir Hristijan Mickoski və nazirlər Gordana Dimitrieska Kocoska, Ljupco Dimoski, İzet Meciti, Vlado Misajlovski, İvan Stoiljkovik, Aleksandar Nikoloski və Fatmir Limaninin hökumətdə təmsil olunması ilə parlamentdə boşalan yerləri dolduracaq.