BAYRAQDAR MEDİA – Təbrizin mərkəzi zindanında saxlanılan Güney Azərbaycan milli hərəkatının fəalı Salar Tahir Əfşar aclıq aksiyası keçirdiyi üçün telefon danışığından və ailəsi ilə görüş hüququndan məhrum edilib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilib ki, fəalın bacısı Sevda Tahir Əfşar Instagram hesabında qardaşı haqqında yazıb: “Qardaşım Salar Tahir Əfşar aclıq aksiyası keçirdiyinə görə onun telefon danışığı və yaxınları ilə görüş hüququna qadağa qoyulub. O, Təbriz həbsxanasında silsilə qətllər törətmiş cinayətkarlar arasında saxlanılır. Həbsxanada siyasi məhbuslar üçün ayrıca bölmənin olmaması, oranın qarışıq vəziyyəti və bir neçə dəfə etiraz aksiyası keçirildiyi üçün qardaşıma qadağa qoyulub”.