Press "Enter" to skip to content

Güneyli məhbusun vəziyyəti ağırlaşdı

Fərzanə və Həmid Qarahəsənli

BAYRAQDAR MEDİA – Məşhədin Vəkil Abad həbsxanasında cəza çəkən Güney Azərbaycanlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli təcili əməliyyat olunub, vəziyyəti acınacaqlıdır.

Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.

Bildirilib ki, “siyasi məhbus çənə və dişlərində cərrahiyyə əməliyyatından sonra müalicədən məhrum edilib, onun başgicəllənməsi və fiziki zəifliyi var. Həkim ciddi müalicə göstərişi versə də Fərzanə Qarahəsənli aşağı qan təzyiqinə və hərəkət edə bilməməsinə baxmayaraq təhlükəsizlik qüvvələri onu həbsxanaya qaytarıb”.

Qeyd edək ki, F.Qarahəsənli azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin həyat yoldaşıdır. Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarımhərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs edilib.

Məlumata görə, ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.