Son yeniləmə: 27 İyun 2024 13:04
BAYRAQDAR MEDİA – İsveç vətəndaşı olan və hazırda Tehranın Evin zindanında edam hökmü altında yaşayan Güney Azərbaycanlı Prof. Əhmədrza Cəlali aclıq aksiyasına başlayıb.
Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.
Bildirilib ki, Ə.Cəlalinin həyat yoldaşı Vida Mehraniya sosial media hesabında paylaşım edərək yazıb: “Həyat yoldaşım dünyaya səsini çatdırmağın yeganə yolunun aclıq aksiyası keçirmək olduğunu düşündüyü üçün buna əl atıb”.
Xatırladaq ki, alim bundan əvvəl İranla İsveç arasında keçirilən məhbus mübadiləsində adının olmadığına görə İsveçin Baş nazirini tənqid etmişdi.