Son yeniləmə: 27 İyun 2024 13:02
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın güney-batısındakı Ohrid şəhərində keçirilən 14-cü Beynəlxalq Skautluq Yay Düşərgəsi açılış proqramı ilə başlayıb.
Bu barədə timebalkan.com saytı məlumat yayıb.
Bildirilib ki, “Türkiyə Skautluq Federasiyası və Quzey Makedoniyada fəaliyyət göstərən Kalkan Skaut Klubunun təşkilatçılığı, TİKA-nın dəstəyi ilə təşkil edilən yay düşərgəsinin açılışında Türkiyənin ölkədəki qurum və təşkilatlarının nümayəndələri, Türkiyə və Balkan ölkələrindən yüzlərlə skaut iştirak edib.
Yeni Balkan xəbər verir ki, Türkiyə və Balkan ölkələrinin dövlət himnlərinin səsləndirildiyi proqram çərçivəsində Türkiyə Skautluq Federasiyasının prezidenti Hasan Dinçer Subaşı çıxış edib: “Gördüyünüz kimi insanların qəlbinin sərhədləri öz torpaqlarının sərhədləri ilə məhdudlaşmır. Biz eyni ürəkdən danışırıq”.
Proqram çərçivəsində Quzey Makedoniyada fəaliyyət göstərən Yeni Həyat Dərnəyinin Folklor Klubu da ənənəvi xalq rəqsləri nümayişi təqdim edilib. Təxminən 300 skautun iştirak etdiyi düşərgə iyunun 27-də başa çatacaq.