Press "Enter" to skip to content

BDU-nu 5 mindən çox tələbə bitirir

Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – 2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5 mindən çox tələbə bitirir.

Bu haqda xəbər BAYARQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib. Hazırda BDU-da 16 fakültə, 1 min 500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25 minə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 258 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir”.

Mission News Theme by Compete Themes.