BAYRAQDAR MEDİA – 2024-cü ilin 1 yanvar – 31 may aralığında Azərbaycan Ermənistanın üzərindən gerçəkləşdirdiyi uçuşlara görə “ArmAeroNavigation” şirkətinə 49 min 459 avro ödəyib.
Bu haqda xəbəri iyunun 26-da Ermənistan mediası yayıb.
Bildirilir ki, bu ödəmə “EuroControl” vasitəsilə gerçəkləşdirilib. Ödəməyə səbəbsə Azərbaycan hava gəmilərinə Ermənistan hava sahəsində göstərilən uyğun xidmət olub.
O da bildirilir ki, 2023-cü ildə də uyğun xidmət üçün Azərbaycan tərəfi Ermənistana 80 min avroya qədər pul ödəyib.