Press "Enter" to skip to content

“Unity Company”dən daha bir maraqlı addım

Şirkət üzvləri Şuşada

Son yeniləmə: 25 İyun 2024 06:19

Qəhrəman vətən övladlarının xatirəsi Şuşada yad edilib

BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. 44 gün ərzində hər gün, hətta hər saat qəhrəmanlıq göstərən Azərbaycan ordusu, qəhrəman vətən övladları Azərbaycan torpaqlarını işğaldan azad etdilər. Bu qalibiyyət dünya hərb tarixində də öz yerini aldı. Bundan sonra uzun illər xarici ölkələrdə hərbi dərslərdə Azərbaycan ordusunun qələbəsindən bəhs ediləcək.

Bəlli olduğu kimi qalib ordu, Azərbaycan Silahlı Qüvvələri özünün növbəti bayramına hazırlaşır. 26 iyun – Silahlı Qüvvələr Günü artıq 4-cü ildir ki, bir başqa sevinclə qeyd edilir.

Onu da qeyd edək ki, hər il olduğu kimi bu il də müxtəlif dövlət qurumları və özəl şirkətlər bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirirlər. Belə qurumlardan biri də Unity Company şirkətidir. Şirkət Silahlı Qüvvələr Günü ərəfəsində maraqlı aksiya keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya şirkətin təsisçisi Fikrət Əliyev məlumat verib.

Onun sözlərinə görə, şirkət üzvlərindən bir qrupu Şuşaya səfər edib. Silahlı Qüvvələr Günü ərəfəsində edilən bu ziyarətdə məqsəd Azərbaycan Ordusunun tarix yazdığı Şuşada olmaq, şəhidlərin xatirəsini ehtiramla anmaq olub.

Onu da vurğulayaq ki, Unity Company mütəmadi olaraq sosial layihələr həyata keçirir. Şəhid ailələri və qazilərə diqqət və qayğı ilə yanaşmaq, onlara müxtəlif istiqamətli dəstək göstərmək də bu sıraya aiddir.

F.Əliyevin sözlərinə görə, şirkət bundan sonra da ənənəsinə sadiq qalacaq.

Mission News Theme by Compete Themes.