Press "Enter" to skip to content

“Tanımadığımız doğmamız İbrahim Safi” adlı mühazirə

Mühazirə zamanı

Son yeniləmə: 25 İyun 2024 16:03

BAYRAQDAR MEDİA – Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Tanımadığımız doğmamız İbrahim Safi” adlı mühazirə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “mühazirə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Azərbaycan və Naxçıvanın Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tərəfindən təqdim olunub. Mövzu üzrə fundamental elmi tədqiqatın müəllifi olan məruzəçi qardaş Türkiyədə yaşayıb-yaratmış tanınmış rəssam İ.Safinin maraqlı məqamlarla yadda qalan həyat yolundan və zəngin bədii irsindən söz açıb. Mühazirə zamanı, həmçinin rəssamın muzeyin kolleksiyasında qorunub saxlanılan iki rəngkarlıq tablosu və bir neçə əsərinin fotosu nümayiş olunub”.

Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan mühazirədə müəllifin “İbrahim Safi. Rəssam impressionist” adlı kitabı rəssamın ailə üzvlərinə və digər iştirakçılara hədiyyə edilib.

Mission News Theme by Compete Themes.