BAYRAQDAR MEDİA – Təqaüdə çıxmış təbrizli işçilər əyalət valiliyinin binası qarşısında və Naderi küçəsində toplaşaraq oturaq aksiya keçirib.
Bu haqda xəbəri GünAz.TV yayıb.
Xəbərdə deyilir ki, ”İranın Rabitə Nazirliyinin yerli idarəsi qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etiraz bildiriblər”.
Etirazçılar arasında Qəzvin əyalətində müflis olmuş “Rezayət Xodro” şirkətinin aldadılmış səhmdarları da var.
Şuarlarda yazılıb: “Rəhbər (Xameneyi) oğurladı, hökumət dəstəklədi!”.
Xəbər verdiyimiz kimi, sözügedən avtomobil şirkəti Güney Azərbaycanlıların pulunu alsa da avtomobillərini verməkdən hələ də imtina edir.