Press "Enter" to skip to content

Naxçıvan bütün dünya üçün önəmli bir coğrafiyadır

Mehmet Hakkı Alma

Son yeniləmə: 25 İyun 2024 06:33

Mehmet Hakkı Alma: Zəngəzur dəhlizinin buradan keçməsi Naxçıvanın əhəmiyyətini daha da artırır

BAYRAQDAR MEDİA – “Nuh peyğəmbərin diyarı olan Naxçıvan sadəcə Azərbaycan və türk dünyası üçün deyil, bütün dünya üçün önəmli bir coğrafiyadır”.

Bunu Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin açılış mərasimindəki çıxışında deyib.

O, qeyd edib ki, Zəngəzur dəhlizinin buradan keçməsi Naxçıvanın bu mənada əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizinin önəminə toxunan Mehmet Hakkı Alma qeyd edib ki, Azəbrycan Ordusunun şanlı zəfəri ilə bitən 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bunun nəticəsində Zəngəzur dəhlizinin reallaşması da gündəmə gəlib. Türk dünyasını birləşdirən bu mühüm koridor sadəcə iqtisadi, ticari və logistik əlaqələrin inkişafı deyil, həm də humanizm və sülh prinsiplərini özündə ehtiva edən mühüm sosial layihədir. Türk-islam mədəniyyəti tarixinin önəmli bir parçası olan Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirən mühüm bir körpü rolunu oynayır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.