BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Güney Azərbaycanlı milli fəal İrəc Paşapur həbs edilərək naməlum yerə aparılmışdı. Bugünlərdə onun Germi şəhər zindanında saxlanıldığı məlum olub.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “o, Germi Şəhər Prokurorluğunun 1-ci bölməsinin müstəntiqi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə yaradılan qruplara üzv olmaq” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” kimi saxta ittihamlarla günahlandırılıb”.
Məlumata görə, fəala 500 milyon tümən (11 min 828 dollar) girov qərarı da çıxarılıb.
Qeyd edək ki, İ.Paşapur sosial şəbəkələrdə mədəni, siyasi, ekoloji və insan haqları ilə bağlı paylaşımlarına görə tanınmış milli fəaldır.